Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv yerli "Termalika" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" Polşada keçirdiyi ilk hazırlıq matçında "Hapoel"lə (Tel-Əviv, İsrail) 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" növbəti oyunları "Asteras" (Yunanıstan) və AEL-ə (Kipr) qarşı keçirəcək.
saytlarin hazirlanmasi