"Nyukasl"ın müdafiəçisi Tino Livramento "Mançester Siti"yə keçə bilər.
Sportal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi “şəhərlilər”in əsas transfer hədəflərindən biridir. "The Times"ın məlumatına görə, “Mançester Siti” onun üçün 65 milyon funt-sterlinq təklif etməyə hazırdır.
Lakin “Nyukasl" Livramentonu buraxmaq niyyətində deyil və futbolçuya 6 illik yeni müqavilə təklif edərək onu komandanın ən yüksək maaş alan oyunçularından birinə çevirməyi planlaşdırır.
saytlarin hazirlanmasi