UEFA-dan Kamal Umudluya növbəti təyinat

10:30 - 22 İyul 2025

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti