Fransa millisinin sabiq üzvü klubsuz qaldı

20:21 - 25 İyul 2025

İsveçrənin "Sürix" klubu Benjamin Meni ilıə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransa millisinin sabiq üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Benjamin Mendi bu ilin fevral ayından "Sürix"də çıxış edirdi. 31 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti