“Qarabağ” və “Zirə” klubları yeni Avropa mövsümündə Azərbaycana növbəti xalları qazandırıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın “Şelburn” klubuna (3:0) səfərdə qalib gələn Ağdam təmsilçisi 0,250 xal qazanıb.
“Qartallar” isə öz növbəsində Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Hayduk” klubu ilə (1:1) heç-heçəyə görə ölkə aktivinə 0,125 xal yazdırıb.
Azərbaycan hazırda 17,625 xalla UEFA reytinq siyahısında 29-cu yerdədir.
Bolqarıstan bir pillə aşağıda (16,625), Ukrayna isə (18,225) öndə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb.
saytlarin hazirlanmasi