"Arsenal" isveçli futbolçunu rəsmən açıqladı - transferin detalları

23:07 - 26 İyul 2025

Hücumçu Viktor Dyökereş “Sportinq”dən “Arsenal”a transfer olunub.

Sportal.az xəbər verir ki, klub hücumçu ilə uzunmüddətli müqavilə imzalandığını və transferin rəsmiləşdiyini açıqlayıb.

“Arsenal” İsveç millisinin 27 yaşlı hücumçusu üçün “Sportinq”ə 63,5 milyon avro ödəyəcək. Əlavə olaraq, müqavilədə 10 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub.

Viktor Portuqaliyada iki mövsüm keçirib və hər iki dəfə çempionatın ən yaxşı bombardiri olub – o, müvafiq olaraq 29 və 39 qol vurub.

Ümumilikdə, “Sportinq”in heyətində bütün turnirlərdə keçirdiyi 102 oyunda Dyökereş 97 qol qeydiyyata alıb.


Xəbər xətti