"Liverpul"dan "Bavariya"ya 75 milyon avroluq transfer

17:31 - 28 İyul 2025

"Liverpul"un futbolçusu Luis Dias karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Bavariya" kolumbiyalı vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Dias tibbi müayinədən keçmək üçün sabah Almaniyaya gedəcək. "Bavariya" 28 yaşlı vinger üçün onun klubuna 70+5 milyon avro təzminat ödəyəcək. Təcrübəli oyunçu ilə 4+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında "Portu"dan transfer edib. Kolumbiya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti