"Zirə"nin futbolçusuna viza verilmədi, "Hayduk"la oyunu buraxacaq - SON DƏQİQƏ

17:36 - 27 İyul 2025

"Zirə" avqustun 31-də səfərdə "Hayduk"la qarşılaşacaq. Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Xorvatiya klubu ilə heç-heçə edən qəsəbə təmsilçisini çətin səfər oyunu gözləyir. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, "Zirə"nin bir futbolçusuna viza verilməyib. Anje Mutsinzi sənəd problemi üzündən bu görüşü buraxmalı olacaq. Xorvatiya səfirliyi ruandalı futbolçuya giriş izni tanımayıb. 

Mutsinzi Avropada Portuqaliya və Norveç kimi ölkələrin klublarında çıxış edib, oturum icazəsinə malik olub. Yəni, bu qadağa onun özüylə bağlı deyil. Mutsinzinin girişinə əngəl kimi Belçika ilə Ruanda ölkələri arasında olan gərgin münasibətlər göstərilir. Xorvatiya səfirliyi də məhz bunu səbəb göstərib ruandalı futbolçuya viza verməyib.

Xəbər xətti