Bölgə klubları Qəbələdə üz-üzə gələcək

19:30 - 28 İyul 2025

Yeni mövsümün hazırlığını davam etdirən "Karvan" növbəti yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Yevlax təmsilçisi "İmişli" ilə üz-üzə gələcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqaya yüksələn bölgə klublarının dueli 30 iyul tarixində Qəbələ şəhər stadionunda baş tutacaq. Matç saat 18:00-da start götürəcək.

Xəbər xətti