Xəbər verdiyimiz kimi, "Sumqayıt" bu gün yoxlama matçı çərçivəsində "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze klubun mətbuat xidmətinə açıqlama verib:
“Bu yoldaşlıq oyunudur. Burada da vacib anlar var. İlk olaraq onu deyim ki, futbolçularım xeyli yükləmədədirlər. Buna baxmayaraq, hələ çox işləməli, çox artırmalıyıq. Yeni futbolçularımız da var. Onların da komandaya, oyun üslubuna uyğunlaşma prosesi gedir. Yoxlama oyunları bu baxımdan çox vacibdir. Əlbəttə, səhvlərimiz çoxdur. Üzərində işləməli olduğumuz xeyli məqamlar var. Qalib gəlməyimiz o demək deyil ki, rahat olmaq lazımdır. Rahatlaşmaq əsla yolverilməzdir. Çatışmayan çox nüanslar var. Bundan öncəki matçlarda daha yaxşı oynamışdıq. Bu dəfə isə əksər futbolçular 80 dəqiqədən çox meydanda oldular. Hələ çox işləməli, çox irəli getməliyik”.
Baş məşqçi transferlərə də toxunub: “Transferlər də olmalıdır. Bu məsələ hazırda ən vacib məsələlərdən biridir. İdman direktorumuzla yeni transferlərin edilməsi üçün çox çalışırıq. Fərqindəyik ki, güclənmək lazımdır. Həm də düzgün istiqamətdə güclənmək”.
saytlarin hazirlanmasi