“Beşiktaş” Jedson Fernandeşin transferi ilə bağlı “Spartak”la aparılan danışıqları rəsmi şəkildə təsdiqləyib.
Sportal.az xəbər verir ki, Türkiyə klubu İctimai Açıqlama Platformasına (KAP) müraciət edərək, portuqaliyalı yarımmüdafiəçinin keçidi ilə bağlı Rusiya təmsilçisi ilə danışıqlara başlandığını bildirib.
Qeyd edək ki, daha əvvəl məlum olmuşdu ki, İstanbul klubu 26 yaşlı futbolçunun 50% transfer hüququnu “Benfika”dan alıb və onu “Spartak”a 20+5 milyon avro qarşılığında satmağa razılaşıb.
saytlarin hazirlanmasi