"Qalatasaray"da tanınan hücumçunun qardaşı da ölkəmizdə - SON DƏQİQƏ

15:40 - 29 İyul 2025

"Sabah"ın hücumçusu Jesse Sekidikanın qardaşı Azərbaycana gəlib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, 19 yaşlı Jereminin məqsədi karyerasını ölkəmizdə davam etdirməkdir.

Nigeriyalı gənc hazırda Bakıdadır və menecerlər tərəfindən I Liqanın bir neçə klubuna təklif olunub.

Son vaxtlara kimi Türkiyədə yaşayan afrikalı aşağı liqa təmsilçilərində baxışdan keçməyə razıdır.

Jeremi böyük qardaşı kimi hücumçu mövqeyində çıxış edir. Jesse 2023-cü ildən Azərbaycandadır və həmin vaxtdan bəri "Sabah»ın formasını geyinir.

"Qalatasaray"dan tanıdığımız forvardın "bayquşlar"la müqaviləsi gələn ilin yayında başa çatacaq.

Xəbər xətti