"Sumqayıt" daha bir transfer reallaşdırıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Sumqayıt təmsilçisi ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş yarımmüdafiəçi Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Partizan"ın yetriməsi olan 31 yaşlı futbolçu "Cenoa", "Kyevo", "Empoli", "Askoli", "Breşiya", Serbiyanın "Proletar", Bosniya və Herseqovinanın "Borats", Gürcüstanın "Torpedo Kutaisi" komandalarının formasını geyinib. O, Serbiyanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.
saytlarin hazirlanmasi