"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində - YENİLƏNİB

21:52 - 30 İyul 2025

"Qarabağ" bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşünə çıxıb

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Şelburn"la qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisi FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qarabağ” ilk matçda İrlandiyada rəqibini 3:0 hesabıyla məğlub edib.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları

30 iyul

20:00 "Qarabağ" - "Şelburn" (İrlandiya) 1:0
Qol: 
Con Martin, 44 (avtoqol)
İlk oyun 3:0

Xəbər xətti