Elçin Məsiyev UEFA Superkubokuna təyinat aldı

13:55 - 30 İyul 2025

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edəcək.

Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.

Xəbər xətti