"Bavariya" Kolumbiya millisinin üzvü ilə anlaşıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya nəhəngi "Liverpul"dan Luis Diazı heyətinə qatıb.
Münhen təmsilçisi 28 yaşlı vingerlə 4 illik müqavilə imzalayıb.
Transfer məbləğinin 75 milyon avro olduğu bildirilib. Luis Dias 2024/2025 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.