"Araz-Naxçıvan"la matçdan əvvəl ayrılıq

16:15 - 30 İyul 2025

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris"də ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi qapıçı Filip Sidklevi "Əl-Biddə"yə satıb. Bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı isveçli qolkiper yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" Bakıda keçirilən ilk matçda "Aris"i 2:1 hesabı ilə məğlub edib. Bu komandalar arasında savab oyunu sabah Bakı vaxtı ilə saat 22:15-də Yunanıstanda baş tutacaq.

Xəbər xətti