Benziadan “Qarabağ”a vida mesajı

22:45 - 12 İyun 2025

Xəbər verdiyimiz kimi, Yassin Benzia "Qarabağ" klubu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, əlcəzairli futbolçu sosial şəbəkədən "Qarabağ"a vida paylaşımı edib:

"Bu, karyeramda son dərəcə vacib bir fəsilin sonudur. Bütün “Qarabağ” klubuna, rəhbərliyə, məşqçilərə (cənab Qurban Qurbanov, hər şey üçün təşəkkür edirəm), personala, azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkürümü bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm.

Başımın üzərindən keçən bütün hadisələrdən sonra məhz burada yenidən oynamaq sevincini tapdım. Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma qol ötürmələri vermək, komandamızın Avropada parlamasına kömək etmək, milli komandaya qayıtmaq… Sadəcə hər şey üçün təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsınız".

Xəbər xətti