16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Sportal.az xəbər verir ki, U-16 hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək.
Aqil Nəbiyevin yetirmələri iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlanacaq.
1. Bilal Hacıyev - Qarabağ
2. Kamal Camalzadə - Neftçi
3. Uğur Qurbanlı - Qarabağ
4. Roman Fərzəli - Qarabağ
5. Vaqif Nəbiyev - Qarabağ
6. Firdovsi Şeydayev - Sabah
7. Tunar Əsgərzadə - Qarabağ
8. Cavidan Əlizadə - Qarabağ
9. Daniil Rəcəbov - Qarabağ
10. Mehdi İsmayılov - Qəbələ
11. Tunar Bayramov - Qəbələ
12. Mehdi Hüseyn - Marcet (İspaniya)
13. Ramil Hacıyev - Zirə
14. Yusif Orucəliyev - EFA
15. Rəsul Balakişiyev - Marcet (İspaniya)
16. Ömər Kosayev - Sumqayıt
17. Ruslan Quliyev - Neftçi
18. Şikar Şikar - Neftçi
19. Vaqif Məmmədli - Sabah
20. Əli Bəşirov - Qarabağ
21. Nicat Əhmədzadə - Marcet (İspaniya)
22. Nihat Hüseynzadə - Sabah