Fernando Musleranın yeni klubu bəlli oldu

09:47 - 14 İyun 2025

"Qalatasaray"dan ayrılan Fernando Musleranın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, uruqvaylı qolkiper karyerasını Argentinada davam etdirəcək.

Muslera "Estudiantes"lə anlaşıb. 38 yaşlı qolkiper La Plata təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Fernando Muslera 2011-2025-ci illədə "Qalatasaray"ın formasını geyinib.

Xəbər xətti