I Liqada 2024/25 mövsümünün oyunlarını 64 min 595 tamaşaçı izləyib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, 135 oyunda orta göstərici 478-ə bərabər olub.
Bu matçlardan ikisinin nəticəsi sonradan ləğv edilsə də, “Difai” – MOİK (40 tamaşaçı) və “Cəbrayıl” - “Qaradağ Lökbatan” (70 tamaşaçı) qarşılaşmaları tamaşaçı sayında nəzərə alınıb.
“Karvan” izləyici sayında hamını böyük fərqlə qabaqlayıb. Yevlax təmsilçisi ev oyunlarında orta hesabla 1950 tamaşaçı toplayıb. “İmişli” 2-ci, “Mingəçevir” 3-cü olub.
8-ci və 24-cü turlarda keçirilən “Karvan” – “Qəbələ” matçlarını daha çox – 3000 tamaşaçı izləyib. Üç görüşdə isə 2500 izləyici qeydə alınıb. Bu, 5-ci turun “Karvan” – “İmişli”, 7-ci turun “Karvan” – “Cəbrayıl” və 22-ci turun “İmişli” – “Karvan” görüşləridir.
komanda | tamaşaçı | oyun | orta | |
1 | Karvan | 27300 | 14 | 1950 |
2 | İmişli | 11520 | 14 | 823 |
3 | Mingəçevir | 10230 | 13 | 787 |
4 | Zaqatala | 6000 | 13 | 462 |
5 | Qəbələ | 4180 | 14 | 299 |
6 | Qaradağ Lökbatan | 1530 | 13 | 118 |
7 | Baku Sporting | 1400 | 13 | 108 |
8 | MOİK | 1035 | 14 | 74 |
9 | Cəbrayıl | 680 | 13 | 52 |
10 | Difai | 720 | 14 | 51 |
Cəmi | 64595 | 135 | 478 |