"Qarabağ"ın futbolçusu "Şamaxı" ilə razılığa gəldi - transfer yaxın günlərdə gerçəkləşəcək

18:13 - 13 İyun 2025

U-21 millisinin futbolçularına maraq göstərən "Şamaxı" daha bir gənc futbolçunu heyətinə qatmağa yaxındır. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, "Şamaxı" Nihat Mehralıyevlə razılığa gəlib. Bölgə klubu 20 yaşlı futbolçu ilə bir illik müqavilə bağlamağı planlaşdırır. 

Qeyd edək ki, Mehralıyev son mövsüm "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub. O, U-21 millisinin üzvüdür. Yığmanın son iki yoldaşlıq oyununda - Belarus və Montenoqraya qarşı matçlarda meydanda olub. 

Xəbər xətti