"Mançester Siti" Norveçdən yarımmüdafiəçi gətirir

14:09 - 14 İyun 2025

"Mançester Siti" yarımmüdafiə xəəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Ruzenborq"dan Sverr Nipanın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Norveçli yarımmüdafiəçi bazar ertəsi tibbi müayinədən keçdikdən sonra onunla uzunmüddətli müqavilə imzalanacaq. "Şəhərlilər" 18 yaşlı oyunçu üçün onun klubuna 15 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Sverr Nipan 2022-ci ilin yayından "Ruzenborq"da çıxış edir. Noorveç U-21 millisinin üzvü bu mövsüm klubunun heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti