"Qarabağ"ın ilk rəqibi bilindi

19:35 - 12 İyun 2025

"Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azersun Arena"da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "Qarabağ" hazırlığını Avstriyada davam etdirəcək.

Xəbər xətti