"Fənərbaxça" PSJ-nin futbolçusu ilə danışıq aparır

21:23 - 12 İyun 2025

“Fənərbaxça” transfer çalışmalarını davam etdirir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Karlos Soleri heyətinə qatmaq niyyətindədir.

Bu mövsümü “Vest Hem”də icarə əsasında çıxış edən Soler özü “Fənərbaxça”da oynamağa razılıq verib. “Valensiya”nın sabiq üzvü İstanbul təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq.

Karlosun PSJ ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti