"Bayer"in yarımmüdafiəçisi Qranit Caka karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Milan" isveçrəli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Rossonerilər" növbəti həftə Caka üçün Almaniya klubu ilə danışıqlara başlayacaq. 32 yaşlı oyunçu özü "Milan"a keçməyə isti yanaşır.
Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi