"Bavariya" dünya çempionatına darmadağınla başladı

22:01 - 15 İyun 2025

Futbol üzrə klublararası dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Mayamidə keçirilən turnirdə "Bavariya" Yeni Zelandiya təmsilçisi "Oklend Siti" ilə qarşılaşıb. Matç Almaniya təmsilçisinin 10:0 hesablı darmadağını ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci matçında PSJ "Atletiko" ilə üz-üzə gələcək. Matç 23:00-da start götürəcək.

15 iyun

C qrupu

20:00. “Bavariya” (Almaniya) - “Oklend Siti” (Yeni Zelandiya) 10:0

Qollar: K.Koman,6, 22, S.Boey,18, M.Olise,20, 45+3, T.Müller,45, 89, J.Musiala,68, 73(pen), 84, 

Xəbər xətti