Belarus milli komandasının baş məşqçisi Karlos Alos vəzifəsini tərk edərək Azərbaycana keçə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Belarusun «Ухо» telekanalı məlumat yayıb.
49 yaşlı mütəxəssisin hansı komandadan olduğu açıqlanmasa da, ölkəmizdən təklif aldığı bildirilib.
Alosun gələcəyi ilə bağlı yekun qərar Belarus Futbol Federasiyasının yeni prezidentinin kimliyi bəlli olduqdan sonra veriləcək.
49 yaşlı məşqçi “Poqon”(Polşa),Qazaxıstan U-17, “Kayrat”, “Rabat”(Mərakeş), “Qətər”(Qətər), “Enosis Neon Paralimni”(Kipr), Ruanda komandalarında işləyib. O, 2023-cü ildən Belarus millisinə rəhbərlik edir.
saytlarin hazirlanmasi