"Arsenal" hücumçu üçün 80-100 milyon avro ödəmək istəmir

23:38 - 17 İyun 2025

"Arsenal" Benjamin Şeşkonun transferi ilə bağlı irəliləyiş əldə etməyib.

Sportal.az xəbər verir ki, London klubu "Leypziq"in 22 yaşlı hücumçu üçün tələb etdiyi 80–100 milyon avroluq məbləği ödəməyə hazır deyil. Hələlik "Arsenal" tərəfindən rəsmi təklif təqdim olunmayıb.

Klub və futbolçunun nümayəndələri əlaqədə qalsalar da, şəxsi şərtlər hələ tam razılaşdırılmayıb.

Benjamin Şeşko 2024/25 mövsümündə Bundesliqada 13 qol vurub. Bu, komanda daxilində ən yüksək göstəricidir.

Xəbər xətti