"Yuventus" və "Napoli"nin transfer mübarizəsi

17:33 - 21 İyun 2025

"Çelsi"nin hücumçusu Nikolas Cekson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" və "Napoli" seneqallı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Hər iki klub Cekson üçün "Çelsi" ilə danışıqlar aparır. "Yuventus"un transfer yarısında daha öndə olduğu bildirilir.

Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. 24 yaşlı forvard ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti