Mourinyo İtaliya millisinə keçməyə çox yaxın idi - Buffon qarşı çıxdı

23:25 - 20 İyun 2025

Ötən həftə İtaliya yığmasının baş məşqçisi vəzifəsinə rəsmi olaraq Cennaro Gattuzo təyin edilib.

Sportal.az xəbər verir ki, "La Repubblica"nın məlumatına görə, Gattuzo ilə razılıq əldə olunmazdan əvvəl İtaliya Futbol Federasiyası Mourinyonu təyin etməyə çox yaxın idi.

Qeyd olunur ki, yığmanın sponsoru olan adidas, brendin səfiri sayılan Mourinyonun maaşının bir hissəsini ödəməyə hazır idi. Lakin məşqçinin “Fənərbaxça” ilə müqaviləsi hələ bir il qüvvədə olduğu üçün federasiya kluba böyük məbləğdə təzminat ödəməli olacaqdı.

Mourinyoya müraciətin qarşısını məhz Canluici Buffon alıb. 47 yaşlı mütəxəssis hazırda İtaliya millisinin nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışır.

Buffonun Mourinyonun təyinatına qarşı çıxmasının səbəbi kimi, onun “komandanın ən yaxşı şəkildə bir italyan əfsanəyə cavab verəcəyini düşünməsi” göstərilir.

Qeyd edək ki, Buffon daha öncə Roberto Mançininin də yığmaya dəvət olunmasına veto qoyub və onun təyinatı baş tutacağı təqdirdə vəzifəsini tərk edəcəyini belə bildirib.

Xəbər xətti