"Neftçi"nin sabiq futbolçusu Erik Fabian Ramos Sportal.az saytına açıqlama verib.
Paraqvaylı futbolçu "ağ-qaralar"ın başa çatan mövsümdəki uğursuz nəticələrindən bəhs edib:
"Neftçi" mövsümü 6-cı pillədə başa vurdu. Təbii ki, avrokuboklardan uzaq qalmaq, 6-cı pilləni tutmaq "Neftçi" kimi böyük klub üçün yaxşı nəticə deyil. Bunun bir çox səbəbləri var. Rəqabətə davamlı komanda yaradılmalıdır. Demək olar ki, hər il əsas problemlərdən biri futbolçuların komandaya uyğunlaşmamasıdır".
O, "Neftçi"nin "Qarabağ"la rəqabət apara bilməməsi haqda da fikirlərini bildirib:
"Qarabağ"la mübarizə aparmaq çox çətindir. Mən də ən yaxşı vaxtında "Qarabağ"a qarşı oynamışam. Onlara qarşı çətin anlar yaşamışam. Təkcə rəftar və ya xasiyyət yetərli deyil, "Qarabağ" çox gözəl futbol oynayır. Ümidvaram ki, yeni mövsümdən "Neftçi"də işlər daha da uğurlu olacaq".
Mirbağırağa