"Fiorentina"nın hücumçusu "Milan" yolunda - Alleqrinin istəyi

01:03 - 18 İyun 2025

Massimiliano Alleqri yenidən Moyze Kinlə çalışmaq istəyir.

Sportal.az xəbər verir ki, "Sport Mediaset"in məlumatına görə, “Milan”ın baş məşqçisi “Fiorentina”nın hücumçusunun transferini klub rəhbərliyindən xahiş edib. Alleqri əvvəllər Moyze Kinlə “Yuventus”da birlikdə çalışıb.

A Seriyasının 2024/25 mövsümündə 32 oyunda 19 qol vuran Kin çempionatın ikinci ən yaxşı bombardiri olub. Onun müqaviləsində 52 milyon avroluq təzminat maddəsi yer alır. Lakin “rossonerlər” bu məbləği azaltmağa çalışacaq.

Qeyd edək ki, klub artıq Kin transferi ilə bağlı ilkin məlumat sorğusu göndərib.

Xəbər xətti