"Barselona"nın futbolçusu Jerar Martin əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə İspaniya çempionunun mətbuat xidməti məlumat yayıb.
Sağ əlinin sümüyündə sınıq olan ispaniyalı sol cinah müdafiəçisinin əməliyyatı uğurlu keçib. 23 yaşlı futbolçunun yeni mövsüm öncəsi baş tutacaq hazırlıq prosesinə qoşula biləcəyi qeyd olunub.
Qeyd edək ki, 2023-cü ilin yayından "Barselona"da çıxış edir. İspaniya U-21 millisinin sabiq üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi