"Arsenal"da Mikel Artetanın köməkçisi vəzifəsində çalışan Karlos Kuesta baş məşqçi kimi çalışacaq.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis "Parma"nın "sükanı arxasına" keçməyə hazırlaşır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq tərəflər arasında razılıq əldə olunub. 29 yaşlı çalışdırıcı A Seriyası təmsilçisinin baş məşqçisi postuna təyin olunacaq.
Qeyd edək ki, "Parma" baş məşqçi Kristian Kivu ilə yollarını ayırıb. Rumıniyalı məşqçi "İnter"lə müqavilə imzalayıb.
saytlarin hazirlanmasi