"Sabah" "Çelye" səddini keçə bilməsə...

16:51 - 18 İyun 2025

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, mərasimdə "Sabah"ın da potensial rəqibinin adına aydınlıq gəlib.

Avropa Liqasında mübarizə aparan Azərbaycan Kubokunun qalibi "Çelye" səddini keçə bilməsə, mübarizəni Konfrans Liqasında davam etdirəcək. "Sabah" burada "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 24-31 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti