Yunanıstan klubu açıqladı: “Neftçi” ilə qarşılaşacaq

10:18 - 18 İyun 2025

Yunanıstanın “Asteras” (Tripolis) klubu yeni mövsümə hazırlıq planlarını açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Yunanıstan təmsilçisi bir sıra yoldaşlıq oyunlarına çıxacaq.

Həmin rəqiblərdən biri də “Neftçi” olacaq. Bu sparrinq iyulun 27-də Polşada təlim-məşq toplanışı zamanı baş tutacaq.

Qeyd edək ki, "Neftçi" hələ ki yeni mövsüm hazırlığı ilə bağlı planlarını açıqlamayıb.

Xəbər xətti