"Napoli" serbiyalı qapıçı transfer edir

19:51 - 19 İyun 2025

"Torino"nun qapıçısı Vanya Milinkoviç-Saviç İtaliyada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Napoli" serbiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya çempionu "Torino"nun tələb etdiyi 18 milyon avronu ödəməyi qəbul edib.

Qeyd edək ki, Vanya Milinkoviç-Saviç 2017-ci ilin yayından "Torino"da çıxış edir. Serbiya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 39 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti