UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Yunanıstan təmsilçisi "Gent"dən Noa Fadiqanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Seneqal millisinin üzvü olan 25 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyunu iyulun 24-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 1 həftə sonra Yunanıstanda baş tutacaq.
saytlarin hazirlanmasi