Carrel Kuansa karyerasını "Bayer"də davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, alman klubu 22 yaşlı müdafiəçinin transferi ilə bağlı "Liverpul"la razılığa gəlməyə yaxındır.
Hələlik rəsmi təklif yoxdur, lakin danışıqlar davam edir. Müqavilənin məbləğinin 40 milyon avrodan bir qədər çox olacağı gözlənilir.
Fabritsio Romano bildirir ki, futbolçu artıq "Bayer"lə şəxsi müqavilə şərtlərini şifahi olaraq razılaşdırıb.
Qeyd edək ki, ötən Premyer Liqa mövsümündə Kuansa 13 oyun keçirib.
saytlarin hazirlanmasi