Premyer Liqaya vəsiqə qazanan klub baş məşqçisi ilə yollarını ayırdı

22:21 - 20 İyun 2025

Bu mövsüm Misli Premyer Liqasına vəsiqə qazanan "İmişli"də ayrılıq yaşanıb.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komandanın baş məşqçisi Fərid Namazovla yollar ayrılıb.

"İmişli" Fərid Namazov olmaqla məşqçilər korpusuna göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 32 yaşlı mütəxəssis ötən ilin avqust ayından komandaya rəhbərlik edirdi.

Xəbər xətti