Premyer Liqa klubu yaponiyalı futbolçunu transfer edir

23:29 - 23 İyun 2025

"Tottenhem" Yaponiya millisinin müdafiəçisi Kotа Takaini transfer edəcək.

Sportal.az xəbər verir ki, London klubu "Kavasaki Frontale" ilə 20 yaşlı futbolçunun keçidi üçün 5 milyon funt sterlinqə razılaşıb. Bu məbləğ J-League tarixində yapon oyunçu üçün ən bahalı transfer olacaq.

Takainin "Tottenhem"in əsas komandasında çıxış edəcəyi gözlənilir.

2025-ci ildə Takai Yaponiya çempionatında 19 oyun keçirib və 2 qol vurub. Milli komandada isə onun 4 oyunu var.

Xəbər xətti