Mbappe PSJ-ni məhkəməyə verdi

22:11 - 26 İyun 2025

"Real"da çıxış edən Kilian Mbappe sabiq klub PSJ-yə qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə AFP məlumat yayıb.

Sportal.az xəbər verir ki, mənbənin məlumatına görə, 26 yaşlı fransalı futbolçu may 2025-ci ildə məhkəməyə müraciət edib. Mbappe iddiasında 2023-cü ildə "PSJ" tərəfindən ona göstərilən psixoloji təzyiqdən şikayətlənib. Həmin dövrdə klub onun ayrılmaq istəyinə görə Mbappeni oyunlardan və məşqlərdən uzaqlaşdırmışdı.

Mbappe 2024-cü ilin yayında azad agent kimi "PSJ"dən ayrılaraq "Real"a keçmişdi. Ötən mövsüm hücumçu bütün turnirlərdə 56 oyun keçirib, 43 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər xətti