"Barselona"da qalmaq qərarı verdi

20:10 - 24 İyun 2025

"Barselona"dan ayrılacağı iddia oluna Andreas Kristensen gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, danimarkalı mərkəz müdafiəçisi İspaniya çempionunu tərk etməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

Kristensen "Yuventus" və Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri geri çevirib. 29  yaşlı futbolçu gələn ilin yayında başa çatan müqaviləsinin sonuna kimi klubda qalacaq.

Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Danimarka millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 6 rəsmi matçda iştirak edib.

Xəbər xətti