"Sabah" Fransa klubunun futbolçusu ilə anlaşdı

12:48 - 24 İyun 2025

“Sabah” növbəti transferini reallaşdırmağa yaxındır.

Sportal.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək klub Stiv Solvetlə anlaşıb.

29 yaşlı mərkəz müdafiəçisinin son klubu Fransa Liqa 2-də oynayan “Martiq”dir.

Quadalupe milli komandasının da üzvü olan Stiv “Straburq”II, “Dijon”II, “Setye”, “Orleans”(hamısı Fransa) klublarında forma geyinib.

Onun hazırkı komandası ilə müqavilə müddəti 6 gündən sonra başa çatacaq.

Xəbər xətti