Poqba ilə 2 illik müqavilə imzalayacaqlar

16:10 - 23 İyun 2025

Dopinqə görə futboldan uzaqlaşdırılan Pol Poqbanın yeni komandası müəyyənləşir.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Poqba "Monako" ilə anlaşıb. 32 yaşlı futbolçu Liqa 1 klubu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Pol Poqba 2023-cü ilin sentyabr ayında "Yuventus"da çıxış edərkən dopinq tesi pozitiv çıxdığı üçün 4 illik futboldan uzaqlaşdırma cəzası alıb. Təcrübəli oyunçunun cəzası sonradan 18 aya endirilib.

Xəbər xətti