Duşan Vlahoviç "Milan"da oynamağa razıdır.
Sportal.az xəbər verir ki, "Sport Mediaset"in məlumatına görə, "Yuventus"un hücumçusu Səudiyyə Ərəbistanından və "Fənərbaxça"dan təkliflər alıb, lakin futbolçu yüksək səviyyəli liqada çıxış etməyə davam etmək istəyir. O, "rossoneri"yə keçid variantını nəzərdən keçirməyə hazırdır.
Qeyd olunur ki, serb futbolçu üçün baş məşqçi Massimiliano Alleqri ilə yenidən bir araya gəlmək cəlbedicidir.
Lakin əsas maneə maliyyə məsələsidir. Vlahoviç maaşının azaldılmasına razılaşmasa, "Milan" danışıqlara başlamaq belə istəmir. Hazırda o, illik 12 milyon avro maaş alır, Milan təxminən 7 milyon avro məbləğini müzakirə etməyə hazırdır.
"Yuventus"la razılıq əldə etmək isə gözlənildiyi kimi çətin olmayacaq. Turin klubu 25 milyon avro istəyir, "Milan" isə təxminən 20 milyon avro ödəməyi planlaşdırır.
Qeyd edək ki, geridə qalan mövsümdə Vlahoviç A Seriyasında 29 oyuna 10 qol vurub.
saytlarin hazirlanmasi