"Qalatasaray"ın müdafiəçisi Almaniya klubuna keçə bilər

19:47 - 22 İyun 2025

“Qalatasaray”ın futbolçuusu Prjemislav Frankovski Türkiyəni tərk edə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin “Verder”ə keçidi gündəmdədir. Bremen təmsilçisi polşalı futbolçunu icarəyə götürmək üçün “Qalatasaray”la danışıqlara başlayıb. Frankovski özü Almaniyaya yollanmaq istəmir.

Amma Türkiyə çempionu Frankovskini icarəyə göndərərək, həmin mövqeyə başqa futbolçu dəvət etmək istəyir.

“Leçiya”, “Yagelloniya”, “Çikaqo Fayr”, “Lans” klublarında oynamış polyak 2025-ci ildə “Qalatasaray”a keçib. Onun klubla müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti