Pol Poqba “Monako”ya transferini başa çatdırmağa yaxındır.
Sportal.az xəbər verir ki, "Le Parisien"in məlumatına görə, 32 yaşlı dünya çempionu azad agent kimi “Monako”ya qoşulacaq və iki illik müqavilə imzalayacaq.
Bildirilib ki, “Yuventus”un sabiq yarımmüdafiəçisi, həmçinin Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu tərəfindən də istənilirdi, lakin Poqba Monakoya keçidi reallaşdırmaq üçün böyük maliyyə güzəştlərinə gedib.
Xatırladaq ki, Poqba dopinqə görə diskvalifikasiya olunduğundan “Yuventus” onunla noyabr ayında müqaviləni pozmuş və klubsuz qalmışdı.
saytlarin hazirlanmasi