Sergey Yuran Türkiyənin "Serik Belediyespor" klubuna baş məşqçi təyin olunacaq.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, 2011-ci ildə Azərbaycanda "Simurq"un da baş məşqçisi olmuş 56 yaşlı mütəxəssis karyerasını Türkiyənin II Liqasında davam etdirəcək. Klubun 50%-lik payını daha əvvəl "Ximki"yə də sərmayə yatırmış iş adamı Tufan Sadıqov satın alıb. Sadıqov bu pay üçün 4 milyon avro ödəyib.
2024/25 mövsümündə komanda Türkiyə III Liqasının qalibi olub və növbəti mövsüm II Liqada çıxış edəcək.
Qeyd edək ki, yaxın günlərdə Yuranın baş məşqçi təyinatı rəsmi olaraq elan olunacaq.
saytlarin hazirlanmasi